Şriftin ölçüsü :

Saytın rəngi :

Barama mövsümünün başlanması ilə əlaqədar müşavirə keçirilib

12 aprel 2023 | 16:23

    12 aprel 2023-cü il tarixdə Cəbrayıl rayonunda barama mövsümünün başlanması ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, Mənzil İstismar Sahəsinin sahə nəzarətçiləri iştirak ediblər.
    Müşavirəni giriş sözü ilə açan rayon rəhbəri bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür. Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir.
    Müşavirədə baramaçılığın inkişafı istiqamətində rayonda görülən kompleks tədbirlərə toxunulub. Bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, görülən işlər, qarşıda duran vəzifələr barədə iştirakçılar məlumatlandırılıb. Tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, baramaçılığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər qeydiyyata alınıb.

 

 

Keçidlər