Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərində fəaliyyət göstərən rayonun Sirik kənd tam orta məktəbində səyyar qəbul keçirilib

28 mart 2023 | 10:05

   27 mart 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Binəqədi rayonu, Futurologiya İnstitutunun həyətində yerləşən rayonun Sirik kənd tam orta məktəbində səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon əhalisi iştirak edib.
   Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib. İcra başçısı daha sonra rayon əhalisinin işğaldan azad olunmuş Cəbrayıl rayonuna etdiyi səfərlərdən, bu səfərlərin davamlı olaraq həyata keçiriləcəyindən geniş söhbət açıb.
   Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.
   Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər