Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Xətai rayonunda növbəti səyyar qəbul keçirilib

08 oktyabr 2022 | 10:15

07 oktyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov Bakı şəhəri, Xətai rayonunda fəaliyyət göstərən rayonun Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Cəbrayıl rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə keçirilən səyyar qəbul-görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.

Səyyar qəbul məcburi köçkünlərin müraciətlərinin dinlənilməsi ilə davam etdirilmişdir. Həmin  müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür. 

Qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər