Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Xətai rayonunda Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib

09 yanvar 2023 | 15:52

   Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 09 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu NZS qəsəbəsində yerləşən rayonun 23 saylı tam orta məktəbində növbəti səyyar görüş-qəbul keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
   Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
   İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.
  Səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək təşəkkür ediblər.

Keçidlər