Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Suraxanı rayonunda Cəbrayıllı məcburi köçkünlərlə səyyar qəbul keçirildi

27 may 2022 | 16:28

    27 may 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsi-3-də yerləşən rayonun Hovuslu kənd tam orta məktəbində səyyar qəbul keçirib. Qəbulda RİHB aparatının məsul işçiləri və rayon sakinləri iştirak ediblər.
    Görüşdə İcra Hakimiyyətinin başçısı Kamal Həsənov sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən geniş söhbət açdı. Cənab prezidentin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər etməsindən, həmin ərazilərdə gedən quruculuq işlərindən də söhbət açaraq, əhalimizin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını bildirib.
    Qəbula gələn rayon sakinlərinin müraciətləri dinlənilib, onların problemləri, təklifləri aidiyyəti üzrə qeydiyyata alınıb. Rayon rəhbəri sakinlərin problemlərinin həll olunması üçün müvafiq göstərişlərini verib.

Keçidlər