Bakı şəhəri, Sabunçu rayonunda səyyar görüş-qəbul keçirilib
13 mart 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, rayonun 22 saylı ümumi orta məktəbində Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayon sakinləri iştirak ediblər.
İcra başçısı çıxış edərək əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin əhəmiyyətindən, respublikamızda və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhlimizin öz dədə-baba yurdlarına köçürülməsindən geniş söhbət açaraq, ətraflı məlumat verib.
Sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
RİH başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.