Bakı şəhəri, Sabunçu rayonunda Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Sabunçu rayonunda yerləşən rayonun 22 saylı ümumi orta məktəbində Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin əhəmiyyətindən, respublikamızda və işğaldan azad olunmuş ərazilərdə aparılan işlərlə bağlı rayon sakinlərinə ətraflı məlumat verib.
Sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
RİH başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək təşəkkür ediblər.