Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində səyyar görüş-qəbul keçirilib

26 oktyabr 2026 | 16:39

Oktyabr ayının 26-da Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 12 nömrəli peşə liseyinin binasında fəaliyyət göstərən Cəbrayıl şəhər Cəmil Əhmədov adına tam orta məktəbdə rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə RİH aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətəndaşlarla mütəmadi keçirilən səyyar qəbulların əhalinin müraciətlərinin yerində dinlənilməsi, problemlərin araşdırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələri və qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra rayon səyyar görüş-qəbulda sakinlərinin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb.
Sakinlər vətəndaş müraciətlərinə göstərilən diqqətə və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər