Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib

04 iyul 2023 | 09:40

    Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Cəbrayıl rayonunda daim diqqət mərkəzində saxlanılır.
    Ölkə başçısının tapşırığına əsasən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
    İcra başçısının növbəti səyyar qəbul-görüşü 03 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, G.Mehmandarov küçəsi 6. Emal Sahəsi üzrə Bakı Dövlət Peşə Litseyinin yataqxanasında keçirilib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Səyyar qəbulda rayon rəhbəri keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib. Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
   Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
    Qəbulda iştirak edən rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər