Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında növbəti səyyar görüş-qəbul keçirilib

07 sentyabr 2026 | 17:32

07 sentyabr 2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun növbəti səyyar görüş-qəbulu keçirilib.
Səyyar görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli və dinamik fəaliyyətindən, dövlətimizin xarici və daxili siyasət kursunun uğurla həyata keçirilməsindən, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və regional liderliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən geniş söhbət aşıb.Bildirilib ki, ötən bir ay ərzində ölkə rəhbərinin keçirdiyi görüşlər, qəbullar və xarici səfərlər ölkəmizin həm ikitərəfli müstəvidə, həm də Türk dünyası və mötəbər beynəlxalq təşkilatlarla əlaqələrinin keyfiyyətcə yeni, strateji mərhələyə qədəm qoyduğunu bir daha sübut edir.
Səyyar-görüşdə xüsusi olaraq vurğulanmışdır ki, işğaldan azad edilmiş torpaqlarımızda irimiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri ardıcıl olaraq reallaşdırılır, "Böyük Qayıdış" proqramı uğurla həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi rayonumuzda da məskunlaşma prosesi yüksək dinamikayla davam edir. Belə ki, 2024-cü ilin oktyabr ayından etibarən keçən müddət ərzində rayonun 4 yaşayış məntəqəsinə 1681 ailə - ümumilikdə 7234 sakinin öz ata-baba yurdlarına qayıdışı təmin edilmişdir.
Görüşün yekununda sakinlərin təklifləri, istəkləri fərdi qaydada dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.
RİH başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər