Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl RİH-nin qərargahında səyyar görüş-qəbul keçirilib

20 iyul 2026 | 17:02

    20 iyul 2026-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra Hakimiyyətinin qərargahında sakinlərlə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    İcra başçısı səyyar qəbulda ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən, aparılan bərpa-quruculuq işlərindən, əhalinin rayonun Şükürbəyli kəndinə köçürülməsindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
    Qəbulda rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Sakinlər əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər