Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin Qərargahında səyyar qəbul keçirildi

13 may 2022 | 18:01

13 may 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin Qərargahında səyyar qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak edib.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq quruculuq, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində görülən işlərdən danışıb. Rayon rəhbəri işğaldan azad olunmuş ərazilərimizdə o cümlədən Cəbrayıl rayonunda gedən quruculuq işləri haqqında məlumat verərək rayon sakinlərinin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını bildirdi.

Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərinin problemlərini dinlədi və müraciətlərlə bağlı qeydiyyat aparılaraq nəzarətə götürüldü.

Tədbirdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər