Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında səyyar görüş-qəbul keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 23 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında növbəti səyyar görüş-qəbul keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, rayon sakinləri iştirak ediblər.
İcra başçısı əvvəlcə cənab Prezident İlham Əliyevin yanvar ayında ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə imzaladığı Fərman və Sərəncamların əhəmiyyətindən geniş söhbət açıb, daha sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı rayon sakinlərinə ətraflı məlumat verib.
Sonra səyyar görüşdə iştirak edən sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Səyyar görüş-qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.