Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında növbəti səyyar görüş-qəbul keçirilmişdir
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və ərazidə müvəqqəti məskunlaşan rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib. Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Səyyar qəbul zamanı bir qrup rayon sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirib.