Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında növbəti səyyar görüş-qəbul keçirilib

24 dekabr 2022 | 11:07

    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə 23 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında növbəti səyyar görüş-qəbul keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə rayon sakinlərinə ətraflı məlumat verib.
    Sonra sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
    Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər