Bakı şəhəri, Nərimanov rayonunda səyyar görüş-qəbul qəbul keçirilib
19 yanvar 2026-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra Hakimiyyətinin qərargahında səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak edib.
Rayon rəhbəri çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli vaxt tələb edən məsələlərlə bağlı isə aidiyyəti orqanlara müraciət edilməsi nəzərdə tutulub.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.






