Bakı şəhəri, Nərimanov rayonunda növbəti səyyar qəbul keçirilib
Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti qəbulu 19 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra hakimiyyətinin qərargahında keçirib. Qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
İcra başçısı cənab Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən geniş söhbət açıb. Rayon rəhbəri işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhlimizin öz dədə-baba yurdlarına köçürülməsi barədə də ətraflı məlumat verib. Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.