Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Nərimanov rayonunda Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib

28 noyabr 2022 | 15:43

    28 noyabr 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov təsdiq olunmuş qrafikə əsasən rayon sakinləri ilə növbəti səyyar qəbulu Bakı şəhəri, Nərimanov rayonu Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Qəbulda çıxış edən rayon rəhbəri sakinlərə ölkə başçısının 16 noyabr 2022-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" haqqında geniş məlumat verərək bildirib ki, ölkədə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İcra başçısı qeyd edib ki, hazırda Azərbaycan üçün yeni dövr başlayıb, və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır.
    Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər rayon rəhbərliyinin gördüyü işləri yüksək qiymətləndirib, ölkə Prezidentinin ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

 

Keçidlər