Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Binəqədi rayonunda Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib

22 noyabr 2022 | 15:57

    22 noyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fəaliyyət göstərən rayonun Şahvəlli kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir. Daha sonra rayon rəhbəri sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə tam dolğunluğu ilə məlumat verib.
    Səyyar görüş zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli nəzarətə götürülmüşdür. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər