Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərxalça” ASC-nin Cəbrayıl rayon filialında “Açıq qapı” günü keçirilib

06 may 2022 | 15:47

     5 may 2022-ci il tarixdə “Azərxalça” ASC-nin Cəbrayıl rayon filialında “Xalçaçı günü” peşə bayramı münasibəti ilə “Açıq qapı” günü təşkil olunub. Tədbirdə ziyarətçilərə Azərbaycan xalçaçılıq sənəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bir ilmədən başlayaraq ortaya çıxan bu möhtəşəm sənət əsərləri Azərbaycanda qədim dövrlərdən istehsal olunub. 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan xalçaları içərisində Qarabağ xalçalarının özünəməxsus yeri vardır.
     Dövlətin daim diqqət mərkəzində olan bu qədim sənəti yaşatmaq üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə 4 saylı Cəbrayıl qəsəbəsində 150 toxucunun çalışması üçün "Azərxalça" ASC-nin filialı açılmışdır. Həmçinin qeyd edək ki, Cəbrayıl rayon Peşə məktəbində bu sənəti yaşatmaq üçün xalçaçı ixtisası tədris olunur. “Açıq qapı”nın keçirilməsində əsas məqsəd tariximizi, adət-ənənələrimizi, tarixdən bizlərə miras qalan və bu gündə aktual olan sənət növlərini gənc nəsillərə aşılamaq, sevdirmək və gələcəyə ötürməkdir.

Keçidlər