Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Aslanov Şikar Davud oğlunun doğum günüdür

10 iyun 2022 | 10:00

    Aslanov Şikar Davud oğlu 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuş, İlk təhsilini doğma kənd məktəbində almışdır. 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırılır, 1990-cı ildə vətənə dönərək Daxili İşlər Nazirliyinin post patrul xidmətinə qəbul olunur. Elə həmin dövrdən də Cəbrayıl və Xocavənd rayonlarının ərazisində torpaqlarımızın düşməndən qorunması və təmizlənməsi uğrunda gedən bütün döyüşlərdə fəal iştirak edir və qəhrəmanlıq nümunələri göstərir. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da həyatını xilas etmək mümkün olmur. Vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Doğulduğu Süleymanlı kəndində dəfn edilir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Hazırda təhsil aldığı Süleymanlı kənd tam orta məktəbi onun adını daşıyır. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

 

Keçidlər