Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərov - 73

01 fevral 2025 | 18:25

     Bu il Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Akif Əkbərovun anadan olmasının 73-cü ili tamam olur. Akif Abbas oğlu Əkbərov 1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olub.
     1974-cü ildə Beyləqan rayon Daxili İşlər şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayan igid eloğlumuz Polis Şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsində yol-patrul xidməti müfəttişi vəzifəsində çalışıb. 1991-ci il avqustun 5-də Akif Əkbərov və Beyləqan rayon Polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə oraya ezam olunur. Avqustun 12-də ermənilərin Cermuq şəhəri tərəfdən “Sarı yer” yaylağına hücumu zamanı polislərimiz əhalini qorumaq məqsədilə döyüşə atılır və əsl şücaət göstərirlər. Akif və döyüş yoldaşlarının qətiyyətli mübarizəsi qarşısında ermənilər xeyli canlı qüvvə itirirlər. Təxminən 6 saat davam edən şiddətli döyüşdə fərqlənən Polis baş çavuşu Akif Əkbərov qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Beyləqan rayonunda dəfn olunub. Beyləqan şəhərində büstü qoyulub, küçələrdən biri qəhrəmanımızın adını daşıyır. Ailəli idi, beş övladı yadigar qalıb.

Keçidlər