Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrinin Kapitanı Yolçuzadə Nizami Vahid oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il ötür

19 iyun 2023 | 11:57

    Azərbaycan Silahlı Qüvvələrinin Kapitanı Yolçuzadə Nizami Vahid oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il ötür

    18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuş şəhid, Kapitan Yolçuzadə Nizami Vahid oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
    19 iyun 2023-cü il tarixdə şəhidin il mərasimi ilə əlaqədar 3 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər Xiyabanı”nda məzarı ziyarət olunub.
    Cəbrayıl rayon İcra Hakimiyyəti başçının müavini Fəridə İbayeva, aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri şəhidin xatirəsini dərin ehtiramla yad edərək məzarına gül-çiçək dəstələri düzüblər.
    Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər