Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

22 iyul 2025 | 11:42

    22 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası məqsədilə Bakı şəhərinin Qaradağ rayonundan respublikamızın müxtəlif ərazilərində - yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 53 ailə - 198 nəfərin Cəbrayıl şəhərində daimi məskunlaşmaları təmin ediləcək.
    Doğma yurdlarına qovuşan Cəbrayıllılar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
    Nəzərinizə çatdırırıq ki, bu günə qədər ümumilikdə 565 ailə - 2491 sakinin Cəbrayıl şəhərində daimi məskunlaşması təmin edilib.

 

Keçidlər