Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyevin doğum günüdür

20 sentyabr 2026 | 19:07

Vahid Həbibulla oğlu Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub.
1992-ci ilin avqust ayında erməni işğalçılarından doğma yurdunu müdafiə etmək məqsədilə O, könüllü cəbhəyə yollanaraq, Ağdam, Qubadlı rayonlarında döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Ürəyi vətəni ilə, torpağı ilə döyünən igid eloğlumuz döyüşlər zamanı böyük şücaət göstərərək düşmənin səkkizi tank, ikisi piyadaların döyüş maşını olmaqla 10 zirehli texnikasını sıradan çıxararaq məhv edib.
Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilib.
Qeyd edək ki, müharibədən sonrakı dövrlərdə polkovnik-leytenant Vahid Quliyev Respublikamızın müxtəlif Ali-hərbi məktəblərində: Bakı Dövlət Universitetinin hərbi kafedrasında, Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində fəaliyyətini müəllim kimi davam etdirib. 2007-ci ildən təqaüddədir.
Doğum günü münasibətilə Milli Qəhrəmanımızı səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı və uzun ömür arzulayırıq.

Keçidlər