Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Əməkdar artisti Yaqut Abdullayeva təltif olunub

15 dekabr 2023 | 15:30

     Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2023-cü il tarixli Sərəncamı ilə  həmyerlimiz, muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, Respublikamızın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Yaqut Babakişi qızı Abdullayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” Ordeni ilə təltif olunub.

      Bu münasibətlə Yaqut xanımı təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər