Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.5.6 yarımbəndinin icrası ilə əlaqədar məktəblərdə monitorinqlər davam etdirilir

25 aprel 2023 | 16:16

    25 aprel 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sənan Əsədov Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.5.6 yarımbəndinin icrası ilə əlaqədar rayonun Akademik Əşrəf Hüseynov adına Əmirvarlı kənd və Cəmil Əhmədov adına tam orta məktəblərində uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinq keçirmiş, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik söhbət aparmışdır.

Keçidlər