Azərbaycan Respublikası vətəndaşı münaqişə qurbanı İbrahim Quliyevlə görüş keçirilib
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.18. bəndinin icrası ilə əlaqədar xarici ölkədə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı readmissiya sazişləri çərçivəsində Suriyadan geri qaytarılmış Cəbrayıl rayon sakini 2009-cu il təvəllüdlü Quliyev İbrahim Ülvi oğlu Laçın rayon 18 nömrəli tam orta məktəbdə təhsilə cəlb olunub və hazırda təhsilini həmin məktəbin 9-cu sinfində davam etdirir.
11 dekabr 2025-ci il tarixdə rayonun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sənan Əsədov təhsil aldığı məktəbdə İbrahim Quliyevlə görüşərək, fərdi söhbət aparıb, hüquqlarını izah edib, psixoloji və sosial yardım göstərib. Münaqişə qurbanı olmuş İbrahim Quliyevə mütəmadi olaraq hüquqi, sosial, psixoloji, pedaqoji yardım göstərilir.






