Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib
19 oktyabr 2023-cü il tarixdə Bakının "Gülüstan" sarayında Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.
Ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilib.
Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 panel olub.
Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edib.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunub və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndirilib.
Məlumat üçün bildiririk ki, Azərbaycan Qadınlarının VI Qurultayında Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və rayonun Çərəkən kənd tam orta məktəbinin direktoru Arifə Əhmədova iştrak ediblər.