Şriftin ölçüsü :

Saytın rəngi :

“Azadlığa gedən yollar” adlı tədbir keçirilib

18 yanvar 2024 | 18:25

    18 yanvar 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Azadlığa gedən yollar” adlı tədbir keçirilib.
    Respublikamızın azadığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Bakının küçələrinə və meydanlarına çıxaraq öz haqq səsini qaldıran geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin və xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi azadlığa gedən yolun başlanğıcı oldu və hər il ümumxalq hüzn günü kimi qeyd olunur.
    Təbdir “Azadlığa gedən yollar” filminin nümayişi ilə davam edib.

Keçidlər