Şriftin ölçüsü :

Saytın rəngi :

Arpa biçininə başlanılıb

03 iyun 2026 | 15:16

    Respublikamızın bütün bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da bir neçə gündür ki, arpa biçininə başlanılıb. Cari ildə rayonda 3010,0 hektar sahədə buğda, 10565,0 hektar sahədə arpa olmaqla ümumillikdə 13575,0 hektar sahədə biçin aparılacaq.
    Məhsul yığımı kampaniyasını mütəşəkkil və vaxtında başa vurmaq üçün sahələrə 3 kombayn cəlb edilib, təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb. 03 iyun 2026-cı il tarixə kimi hər hektar sahədən 28 sentner olmaqla 84,0 ton məhsul görürülüb, biçin 30 hektar sahədə aparılıb.
    Kompaniyada rayonun taxılçılıqla məşğul olan fermerləri fəallıq nümayiş etdirirlər. Hazırda biçin işləri davam edir.

Keçidlər