Şriftin ölçüsü :

Saytın rəngi :

“Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib

03 aprel 2023 | 15:50

    03 aprel 2023-cü il tarixdə Aprel döyüşlərinin yeddinci ildönümü ilə əlaqdar olaraq Cəbrayıl rayonunda “Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib.
   Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, şəhid ailələri, müharibə veteranlar, qazilər, ictimaiyyət nümayəndələri, aprel şəhidi Ruhin Qəhrəmanovun ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə 3 saylı qəsəbədə salınmış Şəhidlər xiyabanında şəhidlərin məzarı önünə gül dəstələri düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
    Sonra tədbir Aprel şəhidi Ruhin Qəhrəmanovun məzunu olduğu rayonun R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində davam etdirilib. Tədbirdə çıxış edənlər tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərindən, bu döyüşlərin qəhrəmanlarından olan Ruhin Qəhrəmanov və Mahmud İbrahimovun keçdikləri şərəfli döyüş yolundan söhbət açmışlar.
    Çıxışlar zamanı qeyd olunmuşdur ki, məhz Aprel döyüşlərinin təcrübəsini ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı yeddi il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.
    Tədbirdə Aprel şəhidi Ruhin Qəhrəmanova həsr olunmuş videoçarx və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənmişdir.

 

Keçidlər