Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva - 101

27 aprel 2024 | 17:24

    28 aprel 2024-cü il tarixdə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101 ili tamam olur.
    Yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, professor Zərifə xanım Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə yazılıb. Tanınmış ziyalı nəslinin layiqli davamçısı, zəngin mənəviyyata sahib, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, bütün intellektual keyfiyyətləri özündə birləşdirən görkəmli şəxsiyyət dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamışdır. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. O, oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla həm də görmə problemli insanların şəfavericisi olub. Görkəmli alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və bunların əsasında yaratdığı əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Xalqımız akademik Zərifə Əliyevanın işıqlı obrazını öz yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır.

Keçidlər