Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailələrimizi tanıdaq” layihəsi çərçivəsində Əhmədovlar ailəsi ilə görüş keçirilib

30 noyabr 2024 | 12:36

    29 noyabr 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailələrimizi tanıdaq” layihəsi çərçivəsində nümunəvi ailələrimizin evlilik təcrübəsindən gənc, yeni qurulan ailələrin yararlanması məqsədilə Cəbrayıl rayonunun sayılıb-seçilən, sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan ailələrimizdən olan Əhmədovlar ailəsi ilə görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva,aparatın məsul əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri Bəhruz Məmmədov iştirak ediblər.
    Söhbət əsasında bildirilib ki, Azərbaycanda ailə dəyərlərinin qorunması, təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan ailəsi və onun problemləri həmişə dövlətimizin diqqət mərkəzində saxlanılıb. Azərbaycan ailəsinin əsas bünövrəsi sayılan qadınlarımız tarix boyu min-bir əzablara qatlaşaraq ailəsini qorumağa çalışıblar, ailədə kişi də, qadın da öz yerini tanıyıb. Tarixən yaranıb formalaşmış adət və ənənələrə ölkəmizdə hər zaman hörmətlə yanaşılıb, xalqımızın uzun illərdən bəri qoruyub saxladığı əxlaqi sərvət və normalar, ən ülvi nümunələr ailə dəyərləri, adət-ənənələr əlbəttə ki, gələcək nəsillərə ötürülməlidir. Görüşdə 35 il birgə ömür sürən Əhmədovlar öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən söhbət açaraq ailənin uzunömürlülüyünün sirrini zəngin ailə dəyərlərinə bağlılıq, qarşılıqlı hörmət, sevgi üzərində qurulmasında gördüklərini qeyd ediblər. Valideyn sevgisindən məhrum qalan uşaqların sayının azalması və boşanma hallarının qarşını almaq üçün ailə dəyərlərinə sahib çıxmağın vacibliyini vurğulayan Əhmədovlar gənc ailələrə səbirli, təmkinli olmağı, şükür etməyi, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı tövsiyə ediblər, qadın zəkasının üstünlüyü, qadının zərif qəhrəman olaraq ailənin xoşbəxtlik açarı olduğunu nəzərə çatdırıblar. Sonda ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.
    Böyüklərə hörmət, uşaqlara qayğı, ailə dəyərlərinə sadiq kimi keyfiyyətlərə malik, zəhmətkeş, nümuməvi ömür yolları ilə seçilən Əhmədovlar ailəsinə fikir və təcrübələrini bölüşdüklərinə görə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı, birlikdə uzunömürlü xoşbəxt həyat arzulayırıq.
    Nəzərinizə çatdırırıq ki, ailənin başçısı Əfrayıl Əhmədovun 64 yaşı var, Cəbrayıl şəhərində anadan olub, ali təhsillidir.1990-cı ildən Cəbrayıl Vergilər şöbəsinin rəisi vəzifəsində çalışır. Baş Vergi xidmətinin müşaviridir.(polkovnik)
   Həyat yoldaşı Kifayət xanım da Cəbrayıl şəhərində anadan olub, ali təhsillidir.1990-cı ildən məktəbəqədər təhsil sahəsində rəhbər vəzifədə çalışır. 35 ildir birgə ömür sürürlər. Bu evlilikdən bir övladları və 2 nəvələri var.Övladları Qurban Əhmədov ali təhsillidir.Hazırda Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib vəzifəsində çalışır, ailəlidir,2 övladı var.

Keçidlər