“Açıq qapı” günü keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə aprelin 29-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Göytəpə Sərhəd Dəstəsinin “N” saylı hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbiri keçirilib.
“Açıq qapı” günündə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, Cəbrayıl DAİM-nin direktoru Şahin Şirinov, şəhid atası Sərməst Mustafayev, hərbi hissənin komandanlığı, valideynlər və əsgərlərin yaxınları iştrak ediblər.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələrinin bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli misssiyasını davam etdirdiyini bildiriblər. Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsində Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik yurd həstərinə son qoyaraq Vətənimizin ərazi bütövlüyü təmin edib. Müzəffər ordumuz hər zaman sərhəddə ayıq-sayıqdır və düşmənə cavab verməkdədir.
Sonra təbdirdə iştrak edənlər hərbi hissədə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
Tədbir rayonun Böyük Mərcanlı kənd Uşaq İncəsənt məktəbinin kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.