Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədi ilə iclas keçirilmişdir

24 fevral 2023 | 17:50

    24 fevral 2023-cü il tarixdə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətində iclas keçirilib. İclasda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, İcra Hakimiyyətinin məsul əməkdaşları, Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısı Yanında Şuranın və İctimai Şuranın üzvləri iştirak ediblər.
    İclası giriş sözü ilə açan Kamal Həsənov ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatların uğurla davam etdirildiyini, dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinin, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılmasının, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Daha sonra ictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi, ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keçirilməsindən danışıb.
     Sonda iştirakçılar tərəfindən bu mövzuda müzakirələrin mütəmadi keçirilməsinin və Platformanın fəaliyyətinin dəstəklənməsinin vacibliyi vurğulanıb.

Keçidlər