Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu, Mehdiabad qəsəbəsində səyyar qəbul keçirilib

05 iyul 2024 | 16:52

     05 iyul 2024-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant məcburi köçkün şəhərciyində səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon əhalisi iştirak edib.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
    Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli vaxt tələb edən məsələlərlə bağlı isə aidiyyəti orqanlara müraciət edilməsi nəzərdə tutulub.
     Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər