Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış massivində rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilmişdir
Vətəndaşların dövlət idarələrində maneəsiz qəbuluna və müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Cəbrayıl rayonunda da uğurla icra olunur. Rayon İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı vətəndaşlarla daha yaxından təmas qurmaq üçün rayon İcra başçısı qabaqcadan elan olunmuş qrafikə uyğun olaraq Respublikanın müxtəlif bölgələrində məskunlaşmış rayon sakinləri ilə səyyar qəbul-görüşlər keçirir, mövcud problemlər yerindəcə araşdırır. İcra başçısı Kamal Həsənov növbəti belə səyyar qəbul-görüşü 05 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış massivində keçirmişdir. İcra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, ərazidə yaşayan məcburi köçkünlərin iştirak etdiyi səyyar qəbul zamanı sakinlərin səsləndirdikləri arzu və təkliflər, habelə fərdi müraciətlər həssaslıqla dinlənilmiş, qaldırılan məsələlər yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmiş, aidiyyəti məsul şəxslərə tövsiyə və tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, həyata keçirilən siyasəti dəstəklədiklərini ifadə etmişlər.