Şriftin ölçüsü :

Saytın rəngi :

“Müəllimlərin Sentyabr Konfransı”

07 sentyabr 2015 | 15:00

03 sentyabr 2015-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda Cəbrayıl rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Validə Həsənovanın “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi dinlənilmişdir.
Məruzəçi Validə Həsənova Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə siyasi sabitliyin bərqərar olduğunu və iqtsadiyyatın dinamik inkşafı üçün əlverişli şərait yarandığını, milli təhsil quruculuğu konsepsiyasının həlli uğurla davam və inkşaf etdirilməkdə olduğunu bildirmişdir.
Məruzədə qeyd olunmuşdur ki, 2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş 660 nəfər məzundan 399 nəfəri, əvvəlki illərdə bitirənlərdən isə 47 nəfər olmaqla cəmi 446 nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən onlardan 299 nəfər ali məktəbə, 19 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Qəbul olanların 53 nəfəri 400-dən, 26 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən çox bal toplaya bilmişdir. 15 saylı tam orta məktəbinin məzunu Novruzova Lalə Zəfər qızı 700 balla Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Hovuslu kənd tam orta məktəbin məzunu Hacızadə Nəzrin Elşən qızı 690 balla Ali Netf Məktəbinə, C.Əhmədov adına şəhər tam orta məktəbinin məzunu Rüstəmzadə Fidan Eldəniz qızı 677 balla Azərbaycan Diplomatik Akademiyasına,  Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin məzunu Atakişiyeva Nigar Zakir qızı 665 balla Azərbaycan Tibb Universitetinə, 6 saylı tam orta məktəbin məzunu Dadaşzadə Samir Şahin oğlu 665 balla Azərbaycan Tibb Universitetinə, Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin məzunu Köçərili Aidə İlham qızı 659 balla Azərbaycan Tibb Universitetinə, 3 saylı tam orta məktəbin məzunu Hacıyev Vahid Afər oğlu 654 balla Qafqaz Universitetinə, Xanış Rüstəmov adına Yuxarı Mərcanlı  kənd tam orta məktəbin məzunu Əmiraslanova Zəribə Məmməd qızı 653 balla Bakı Dövlət Universitetinə, Quycaq kənd tam orta məktəbin məzunu Əliyeva Nigar Ziya qızı 647 balla  Azərbaycan Tibb Universitetinə, 5 saylı tam orta məktəbin məzunu Əsgərova Təhminə Xeybər qızı 635 balla Bakı Dövlət Universitetinə, Əmirvarlı  kənd tam orta məktəbin məzunu Mirzəyev Ziya Əziz oğlu 633 balla MTN-nin məktəbinə, C.Əhmədov adına şəhər tam orta məktəbinin məzunu Səfərli Nəzrin Cəlal qızı 625 balla Azərbaycan Tibb Universitetinə,  Əmirvarlı  kənd tam orta məktəbin məzunu Əmirov Aqşin Bəxtiyar oğlu 622 balla Bakı Dövlət Universitetinə, C.Əhmədov adına şəhər tam orta məktəbinin məzunu Əliyev Riyad Hidayət oğlu 618 balla Azərbaycan Diplomatik Akademiyasına, Hovuslu   kənd tam orta məktəbin məzunu Vəlizadə Həsən Səxavət oğlu 615 balla Bakı Dövlət Universitetinə, 6 saylı tam orta məktəbin məzunu Vəliyeva Fatimə Sənan qızı 612 balla Bakı Dövlət Universitetinə, 10 saylı tam orta məktəbin məzunu Hüseynova Gülbəniz Ağahüseyn qızı 608 balla Bakı Dövlət Universitetinə, Sirik kənd tam orta məktəbinin məzunu Hüseynova Fidan Arzu qızı 603 balla Azərbaycan Diplomatik Akademiyasına və 6 saylı tam orta məktəbin məzunu Vəliyeva Fəridə Sənan qızı 601 balla Bakı Dövlət Universitetinə qəbul olunmuşlar. Rayonun 3, 4, 6, 10, 25 saylı, Əmirvarlı, Çullu, Soltanlı, Hovuslu,  Sirik, Y.Mərcanlı, İ.Quliyev adına B.Mərcanlı, Minbaşılı, Dəmşalaq və Qovşudlu kənd tam orta məktəbləri bu ilki məzunlardan ən çox ali məktəbə qəbul olunan məktəblər sırasındadırlar.
Sevindirici haldır ki, 177 nəfər 300-700 arası, o cümlədən 1 nəfər 700 bal, 18 nəfər 600-700 bal arası, 27 nəfər 500-600 bal arası, 53 nəfər 400-500 bal arası, 78 nəfər isə 300-400 bal aralığında nəticə göstərərək rayonumuzun ictimaiyyətini sevindirmişdirlər.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərə toxunan V. Həsənova bildirmişdir ki, əvvəlki konfransdan keçən dövr ərzində rayonun 15 saylı, Dəmşalaq kənd tam orta və 22 saylı ümumi orta məktəblərində cari təmir işləri başa çatmış, Süleymanlı, Şahvəlli kənd tam orta məktəblərində əsaslı təmir işləri surətlə aparılır və 23, 25 saylı tam orta məktəblərində isə tədris ili başlayanadək əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Qaçqınlar və Məcburu Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilən 922 dəst oğlan və qız patarları alınaraq rayonun ümumtəhsil  məktəblərinə paylanmışdır.
    Təhsil Nazirliyi tərəfindən verilmiş VIII sinif üçün 13423 ədəd və IV-VI siniflər üçün 12426 ədəd müxtəlif adda dərslik pulsuz olaraq bölgü əsasında ümumtəhsil məktəblərininə çatdırılmışdır.
    24 min 360 manat dəyərində məktəb avadanlıqları alınaraq məktəblərə verilmişdir.
    Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmud Quliyev çıxış edərək ölkəmizdə təhsilin inkşafına göstərilən yüksək dövlət qayğısından danışmış,  bu gün yüksək təhsilli mütəxəssislərin hazırlanmasının artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd etmiş, demokratik cəmiyyətimiz üçün hərtərəfli düşüncəyə malik sağlam fikirli, yüksək qabiliyyətli, zəngin istedada malik gənclər yetişdirmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevirməyin vacib bir iş olduğunu vurğulamışdır. Rayon təhsilinin keçən illərlə müqayisədə yüksəldiyini iştirakçıların diqqətinə çatdırdı, bütün səylərin təhsilin inkşafına yönəltməyi, problemlərin həllinə istiqamətləndirməyi, məktəblərin pedaqoji kollektivlərinə yeni dərs ilində əzmlə işləməyi, daha böyük uğurlar qazanmağı arzuladı, tövsiyyələrini verdi.
Konfransda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, kimya üzrə fəlsəfə doktoru Rafiq Qəndilov iştirak edirdi.

Keçidlər