Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

22 avqust 2015 | 15:00

22 avqust 2015-ci il tarixdə 23 avqust - Cəbrayıl rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirin əvvəlində 4 saylı qəsəbədə yerləşən "Şəhidlər Abidə Kompleksi"ndə topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin ruhlarına dualar oxundu, abidələri önünə gül-çiçək dəstələri qoyularaq ruhları ehtiramla yad edildi.
Anım tədbiri rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq məruzə ilə çıxış etdi. Sonra rayonun işğal günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin dəstəyi ilə çəkilmiş "Erməni işğalında qalan Cəbrayılım" adlı sənədli film nümayiş etdirildi.
Anım tədbirində iştrak edən ictimaiyyət nümayədələrindən çıxış edənlər növbəti ilin 23 avqust gününün işğal günü kimi yox Cəbrayılın işğaldan azad olunduğu gün kimi qeyd olunmasını arzuladılar.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdən sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkının qarşısında Respublikanın ayrı-ayrı. Uzaq bölgələrindən anım tədbirinə dəvət olunmuş şəxslər üçün çay süfrəsi təşkil edilmişdi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, rayondan olan deputat Astan Şahverdiyev, Bakı şəhərindən dəvət olunmuş qonaqlar, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 500 nəfər iştirak edirdi.

Keçidlər