2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir.
29 iyul 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunu və bu sahədə rayonda görülən işlər barədə Şura iclası keçirildi.
İclası giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq 2015-ci ilin ilk 6 ayında istər Respublika, istərsə də rayon səviyyəsində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi.
Sonra məruzə ətrafında Cəbrayıl rayon Maliyyə şöbəsinin rəis müavini Tofiq Mehrəliyev, Cəbrayıl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Müşfiq Əliyev və Cəbrayıl rayon Telekommunikasiya qovşağının müdiri Afər Allahverdiyev çıxış etdilər.
Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin rəhbərləri, ərazi dairələri üzrə nümayəndələr, məktəb direktorları və rayon ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr olmaqla cəmi 187 nəfər rayon sakini iştirak edirdi.