Şriftin ölçüsü :

Saytın rəngi :

“23 İyun – Dövlət Qulluqçularının peşə bayramı günüdür”

23 iyun 2015 | 15:00

23 iyun 2015-ci il tarixdə saat 1000-da Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında “23 İyun – Dövlət Qulluqçularının peşə bayramı günü” ilə əlaqədar  tədbir keçirmişdir. 
Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq 23 iyunun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunduğunu, Dövlət Qulluqçularının peşə bayramı gününün Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edildiyini, Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsinin qərara alındığını tədbir iştirakçılarını nəzərinə çatdırdı və tədbir iştirakçılarını bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi..
Rayon rəhbəri Ölkə Prezidenti cənab İlham Əliyevin Sərncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medal”la təltif olunan Tamella Əliyarovanı, Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuş Rövşən Şirinov və Qalib Quliyevi təbrik etdi.
Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirində RİHB aparatının məsul işçiləri, idarəetmə orqanlarında çalışan dövlət qulluqçuları işrirak edirdi.

Keçidlər