Şriftin ölçüsü :

Saytın rəngi :

“15 İyun - Qurtuluş Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirmişdir

15 iyun 2015 | 15:00

12 iyun 2015-ci il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında “15 İyun - Qurtuluş Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirmişdir.
Tədbir Ulu Öndərin parkda ucaldılmış heykəli önünə gül-çiçək dəstələri qoyulması ilə başlamış, sonra isə parkda açıq havada davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açmış və “Qurtuluş Günü”nün yaranma tarixi  barədə tədbirdə məruzə ilə çıxış edərək həmin illərdə Heydər Əliyevin xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib yenidən hakimiyyətə gələrək apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizi xaosdan, qardaş qırğınından  xilas etdiyini, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında və Respublikamızın bugünkü səviyyəyə gəlib çatmasında Ulu Öndərin böyük və danılmaz əməyi olduğunu qeyd etdi.
Rayon rəhbəri çıxış edərək bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.
Məruzə ətrafında Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əli Əhmədov, 9 saylı tam orta məktəbin direktoru Vəli Cəlilov və R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin direktoru İsmayıl Quliyev çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilməsindən, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmasından, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından söhbət açdılar.
Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirində RİHB aparatının məsul işçiləri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, idarə və müəssisə müdirləri, məktəb direktorları, ictimaiyyət nümayəndələri olmaqla 160 nəfər iştirak edirdi.

Keçidlər