Şriftin ölçüsü :

Saytın rəngi :

“28 May Respublika Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

27 may 2015 | 15:00

27 may 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında “28 May Respublika Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin heykəli önünə gül-çiçək dəstəsinin qoyularaq ruhu ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açaraq Azərbaycan Xalq Cümhuriyyətini yaranmasının 97-ci ildönümü ilə əlaqədar tədbir iştirakçılarını təbrik etdi və müsəlman şərqində ilk Parlamentli Respublika, Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 23 ay ərzində dövlət dilinin Azərbaycan dili elan olunmasından, Azərbaycan Milli ordusunun və Bakı Dövlət Universitetinin yaradılmasından, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından, Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağının dövlət rəmzi olaraq qəbul edilməsindən söhbət açdı.
Çıxışının sonunda rayon rəhbəri 1920-ci il aprelin 25-dən 26-na keçən gecə Azərbaycan Demokratik Respublikasının 23 aylıq istiqlalına son qoyulduğunu, ancaq Azərbaycan Xalq Cümhuriyyətinin az bir müddət yaşamasına baxmayaraq, xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyduğunu qeyd etdi.
Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, YAP fəalları, gənclər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Keçidlər