Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

07 may 2015 | 15:00

07 may 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gül bayramı keçirilmişdir.
Bayram tədbirindən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin heykəli önünə gül-çiçək dəstəsinin qoyularaq ruhu ehtiramla yad edildi.
Tədbir iştirakçıları rayonunun Mədəniyyət işçilərinin, orta məktəb şagirdlərinin və uşaq bağçalarının Gül bayramı ilə əlaqədar parkda təşkil etdiyi əl işləri sərgisinə baxış keçirdi.
Sonra bayram tədbiri Mədəniyyət və İstirahət parkının qarşısında davam etdirildi. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq bildirdi ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır. Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür.  Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq  gərəkdir.
Sonra çıxış üçün söz kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,   akademik  Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasova verildi. Natiq çıxışında Ümummilli Liderin aparmış olduğu daxili və xarici siyasətdən, qaçqın və məcburi köçkünlər üçün gördüyü məqsədyönlü işlərdən danışaraq  bildirdi ki,  Ulu Öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyası məhz onun arzuladığı kimi, uğurla davam etdirilməkdədir. İndi bu böyük siyasəti xüsusi əzmkarlıq və iradə ilə yeni düşüncəli, müasir tipli bir rəhbər davam etdirir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi-sosial strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək onun ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşdırılmaqdadır.
Biz tam əminliklə deyə bilərik ki, Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf kursunu möhtərəm Prezident İlham Əliyev inamla davam etdirərək ölkəni irəliyə, intibaha doğru aparır və bundan sonrada daha əzmli və iradəli bir şəkildə aparacaqdır.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Həmyerlilərimiz İlkin Əhmədov, Vüsal Zamanov, Əfsun Məmmədli, həmçinin rayon Mədəniyyət və Turizm şöbəsinin müğənniləri Fatma Əhmədova, Sədaqət Ağayev və Nargilə Əhmədova bir-birindən gözəl ifaları ilə tamaşaçılara  xoş ovqat bəxş etdilər.     
Tədbirdə 1500 nəfərdən çox rayon sakini iştirak etmişdir.

Keçidlər