2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir
15 aprel 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunu və bu sahədə rayonda görülən işlər barədə Şura iclası keçirildi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq 2015-ci ilin ilk 3 ayında istər Respublika, istərsə də rayon səviyyəsində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi.
Sonra məruzə ətrafında Cəbrayıl rayon Vergilər şöbəsinin müdiri Əfrayıl Əhmədov, Cəbrayıl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev və Cəbrayıl rayon Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev çıxış etdilər.
Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi Aqşin Əliyev tədbirdə çıxış etmişdir.
Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin rəhbərləri, ərazi dairələri üzrə nümayəndələr, məktəb direktorları və rayon ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr olmaqla cəmi 167 nəfər rayon sakini iştirak edirdi.