Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
18 mart 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkının yanında olan boş sahədə Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Bayram tədbirindən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin heykəli önünə gül-çiçək dəstəsinin qoyularaq ruhu ehtiramla yad edildi.
Sonra bayram tədbiri Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkının yanında olan boş sahədə davam etdirildi. Tədbirdə bayram xonçaları hazırlanmış, novruz tonqalı qalanmışdı. Bayram tədbirinin giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq tarixi çox qədim olan Novruzun bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunduğunu və sevincli bir hala – qışın bitməsinə və baharın gəlişinə həsr olunduğunu qeyd etdi. Novruz bayramı münasibəti ilə hörmətli Prezidentimiz cənab İlham Əliyev başda olmaqla xalqımızı, həmçinin bütün Cəbrayıl camaatını səmimi qəlbdən təbrik edən rayon rəhbəri belə bir gözəl bayramın gələcək illərdə işğal altında olan öz doğma Cəbrayılımızda qeyd olunmasını arzuladı.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa, keçəl və bahar qızının şən və məzəli çıxışları, həmyerlimiz, Respublikanın əməkdar artisti, Azərbaycan İncəsənət Universitetinin dosenti Yaqut Abdullayeva, rayonumuzun tanınmış müğənniləri Zəminə Hüseynova, Gülnarə Hümbətova, Çinarə Məhərrəmova, Xankişi Xankişiyev, həmçinin rayon Mədəniyyət və Turizm şöbəsinin müğənniləri Fatma Əhmədova, Sədaqət Ağayev, Oqtay Əliyev, Nargilə Əhmədova, Allahverdi Məmmədov və Namiq Vəliyev bir-birindən gözəl ifaları və rayonun Böyük Mərcanlı Uşaq İncəsənət məktəbinin qızlardan ibarət rəqs qrupu bir-birindən gözəl rəqsləri ilə tamaşaçılara xoş ovqat bəxş etdilər.
Bayram əhval-ruhiyyəsi yaşayan rayon sakinlərinin ən böyük arzusu növbəti belə bayram konsertlərin işğal edilmiş torpağımızda - Cəbrayılda keçirmək oldu.
Tədbirdə 685 nəfərdən çox rayon sakini iştirak etmişdir.