Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar günü” ilə əlaqədar tədbir keçirilmişdir

05 mart 2015 | 16:00

05 mart 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında  “8 Mart Beynəlxalq Qadınlar günü” ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev rayon İcra Hakimiyyəti başçısı aparatında və RİH-in inzibati binasında fəaliyyət göstərən digər təşkilatlarda çalışan 19 qadın işçi ilə görüş keçirdi.
        Tədbiri giriş sözü ilə açan rayon rəhbəri qadınları bayram münasibəti ilə təbrik edərək qeyd etdi ki, humanizm, insanpərvərlik Azərbaycan qadınını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Onun mərdliyi, dözümlülüyü, səmimiyyəti, paklıq və sədaqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilmişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır.
  Respublikamızda gedən ictimai siyasi proseslərdə qadınların rolu artmış, dövlət idarəçiliyi sistemində onların lazımi səviyyədə təmsil olunmasına diqqət  artırılmışdır.
İcra başçısı bildirdi ki, Cəbrayıl rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 189 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 №-li qərarının icrasını təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlər hazırlayıb həyata keçirir. Rayonun idarəetmə orqanlarında təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatların rəhbər vəzifələrində qadınların vəzifədə irəli çəkilməsinə diqqəti artırmışdır. Respublika Prezidentinin məlum fərmanından sonra rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir, sosial-iqtisadi inkişaf şöbəsinə böyük iqtisadçı, hüquq şöbəsinə hüquqşünas, rayon Təhsil şöbəsinə müdir vəzifələrinə qadınlar təyin olunmuşdur.
Sonra qadınlara bayram günü münasibəti ilə  gül-çiçək dəstələri və pul mükafatları təqdim olundu.
Tədbirdə çıxış edənlər həm ölkə Prezidentinə, həm də rayon rəhbərinə onlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbiri Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.

Keçidlər