Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

27 fevral 2015 | 16:00

Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Xocalı faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
Faciənin iyirmi üçüncü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayonun bütün idarə və müəssisələrində, rayon əhalisinin daha sıx məskunlaşdığı  Bakı və Sumqayıt şəhərlərindəki  iri  yaşayış məntəqələrində, Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə anım tədbirləri, konfrans və mühazirələr təşkil edilmiş, rayonun fəaliyyət göstərən mədəniyyət ocaqlarında, klublarda Xocalı faciəsinə həsr olunmuş xüsusi tamaşalar nümayiş etdirilmiş, bütün ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
23 fevral 2015-ci il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, məktəb direktorlarının, YAP fəallarının, Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və rayon ictimaiyyətinin nümayəndələrinin, ümumilikdə 228 nəfərin iştirakçı ilə ümumrayon anım tədbiri keçirildi.
Anım tədbirindən əvvəl "Şəhidlər” Abidə Kompleksində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyularaq, onların ruhları ehtiramla yad edilmişdir.
Sonra tədbir Biləsuvar rayonu ərazisindəki  4 saylı qəsəbə klubunda davam etdirildi. Anım tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq Xocalı faciəsindən və onun  baş vermə səbəblərindən geniş şəkildə söhbət açdı.
Anım tədbirində Xocalı faciəsinə həsr olunmuş filmə və rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən hazırlanmış “Qar üstünə qan yağır” adlı ədəbi-bədii kompazisiyaya baxış keçirildi.
Anım tədbirini rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.

Keçidlər