Şriftin ölçüsü :

Saytın rəngi :

“02 Fevral – Gənclər Günü” ilə əlaqədar bayram tədbiri keçirilmişdir

31 yanvar 2015 | 16:00

31 yanvar 2015-ci il tarixdə “02 Fevral – Gənclər Günü” ilə əlaqədar Biləsuvar rayonu 4 saylı qəsəbə klububda bayram tədbiri keçirildi.
Tədbiri Cəbrayıl rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyev açaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasətindən, gənclərə göstərmiş diqqət və qayğıdan, hal-hazırda bu siyasətin ölkə Prezidenti Cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyindən söhbət açdı.
Sonra Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva “Gənclər Günü” ilə əlaqədar geniş mərizə ilə çıxış etdi. F.İbayeva çıxışında əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Gənclər günündən, gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən Dövlət siyasətindən söhbət açaraq qeyd etdi ki, Gənclər və İdman Nazirliyinin yaradılması, 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə gösrədiyi böyük qayğısı idi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda gənclər siysəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur.  Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrində birinə çevrilib. Bölgələrdə olimpiya komplekslərinin açılması, ölkəmizin nüfüzlü beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
F.İbayeva həmçinin rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev cənablarının rayon gənclərinə göstərdiyi yüksək diqqətdən, beynəlxalq və ölkə çempionatlarında keçirilən müxtəlif növ yarışlarda qalib gəlmiş gənc idmançılara edilən qayğıdan söhbət açdı.
Tədbirdə zona üzrə müxtəlif fənnlər üzrə olimpiadalarda 1-ci yerə layiq görülmüş şagirdlərə fəxri diplomlar, həmçinin Cəbrayıl rayonu mövzusunda suallara düzgün cavab vermiş şagirdlərə qiymətli hədiyyələr verildi.
Bayram tədbiri rayonun Böyük Mərcanlı kənd Uşaq İncəsənət musiqi məktəbinin hazırladığı rəngarəng musiqi proqramı ilə davam etdirildi.
Tədbiri Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva yekunlaşdırdı.
Tədbirdə RİHB aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, YAP fəalları, məktəb direktorları, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri olmaqla 175 nəfər iştirak edirdi.

Keçidlər